• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Turizm-xidmət sahəsi üzrə kadr hazırlığına başlanılıb

Cari tədris ilindən başlayaraq “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” layihəsi çərçivəsində Qusar Peşə Liseyi və İsmayıllı Peşə Tədris Mərkəzində turizm-xidmət sahəsi üzrə kadr hazırlığına başlanılıb.

Təcrübə proqramı Təhsil Nazirliyi, “British Council” təşkilatı və ölkədə fəaliyyət göstərən turizm-xidmət sektoru üzrə müəssisələr ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Layihənin əsas məqsədi turizm-xidmət sahəsi üzrə müəllimlərin potensialının artırılması, işəgötürənlərin iştirakı ilə milli standart və kvalifikasiyalara uyğun kurikulumların hazırlanması və peşə təhsili müəssisələrinin məzunlarının işlə təmin olunmasına imkan yaradılmasıdır.

Layihə Turizm və Sosial Xidmətlər üzrə Peşə Təhsil Mərkəzində “aşpaz”, “oteldə konsiyerj” və “mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi” ixtisasları üzrə həyata keçirilib. Layihəyə uyğun olaraq, Birləşmiş Krallığın People1st təşkilatı tərəfindən müfaviq ixtisaslar üzrə yeni kurikulum və tədris materialları hazırlanıb, müəllimlər üçün təlimlər təşkil olunub. 

“Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı”na cəlb olunan peşə təhsili müəssisələrinin tələbələrinin 60 faizindən çoxu işlə təmin olunub.

Gələcəkdə layihənin əhatə dairəsinin daha da genişləndirilməsi və müvafiq sahələr

üzrə peşə təhsili müəssisələrinin bu layihəyə cəlb olunması nəzərdə tutulur.


5 il əvvəl