• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fransanın sabiq Prezidenti Azərbaycan-Fransız Universitetində olub

Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi ölkəmizə səfəri çərçivəsində yanvarın 16-da Azərbaycan-Fransız Universitetində (UFAZ) olub.

Nikola Sarkozi əvvəlcə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində nümayiş etdirilən sərgiyə baxıb. Sərgidə Azərbaycan tələbələrinin yay məktəbi zamanı Strasburqda çəkdikləri fotolar, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinə dair arxiv sənədləri nümayiş olunur.

Nikola Sarkozi universitetin tələbələri ilə söhbət edib, bu ali təhsil ocağında fəaliyyət göstərən laboratoriyalarla tanış olub.

Fransanın sabiq Prezidenti tələbələr qarşısındakı çıxışına “Sizin çox güclü və önəmli ölkəniz var” sözləri ilə başlayıb. N.Sarkozi vurğulayıb ki, Xəzər dənizinin sahilində yerləşməsi mükəmməl ölkə olan Azərbaycana daha böyük üstünlüklər gətirir. O, qeyd edib ki, Azərbaycanın gələcəyi sayılan gənclər daim öz üzərilərində işləməlidirlər.

Sonda sabiq Prezident Nikola Sarkozi universitetin xatirə kitabına ürək sözlərini yazıb.

AZƏRTAC


5 il əvvəl