• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"CanSat Azərbaycan 2019" müsabiqəsinə qeydiyyat başa çatıb

 

Təhsil Nazirliyinin “Azərkosmos” ASC ilə birgə keçirdiyi “CanSat Azərbaycan 2019” milli tələbə model peyk müsabiqəsinə qeydiyyat başa çatıb.

Müsabiqədə iştirak üçün Bakı şəhərində və regionlarda yerləşən 15 ali təhsil müəssisəsindən 38 komanda qeydiyyatdan keçib.

Komandaların tərkibi əsasən elektronika, mexanika, proqramlaşdırma və kommunikasiya üzrə bilik və bacarıqlara malik, bakalavr və  magistr pilləsində təhsil alan tələbələrdən ibarətdir.

Müsabiqə çərçivəsində qeydiyyatdan keçən komandalar üçün təşkil olunan infosessiyada “CanSat Azərbaycan 2019” müsabiqəsinin mahiyyəti, ötən müsabiqədə iştirak edən komandaların hazırladıqları peyk modellərinin xüsusiyyətləri və müsabiqənin şərtlərinə dair müzakirələr aparılıb.

Həmçinin, təlim müddətində komandalara peyk modellərinin hazırlanması üçün ümumi təlimat verilib və ortaya çıxan suallar cavablandırılıb.

Təlimlərdən sonra mart ayında komandalar qarşıya qoyulmuş tapşırıqların həlli yolları, hazırlanacaq peyk modelinin  layihələndirmə işləri və eskizi üzrə hesabat təqdim edəcəklər.

“CanSat Azərbaycan” müsabiqəsi ali təhsil müəssisələrinin tələbələri arasında kosmik sahəyə marağın artırılması, bu sahədə fundamental bilik və bacarıqlar formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə təşkil edilir. Müsabiqənin keçirilməsi tələbələrin radiotexnika, mexanika, elektronika sahələri üzrə baza biliklərinin inkişafına, onlara kosmik sənayeyə asan çıxış imkanının verilməsinə xidmət edir.

Müsabiqədə uğurla çıxış edən tələbələr “Azərkosmos” ASC-də təşkil olunan təcrübə proqramında iştirak etmək, dəyərli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər Qaliblərə beynəlxalq “CanSat” müsabiqəsində iştirak edəcəkləri təqdirdə “Azərkosmos” tərəfindən texniki dəstək də göstəriləcək.

Müsabiqə haqqında daha ətraflı məlumatı http://cansat.az/ saytından əldə edə bilərsiniz.


5 il əvvəl