• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“100 saat Astronomiya”

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Tusi-Bohm Planetariumun birgə əməkdaşlığı ilə  “100 saat Astronomiya” adlı tədbir keçirilib.

2019-cu ildə Beynəlxalq Astronomiya İttifaqı (BAİ) özünün 100 illiyini və ötən dövr ərzində elm, texnika və mədəniyyəti formalaşdıran astronomik kəşfləri bayram edir. İl boyu qeyd olunacaq tədbirlər astronomiyanın elm, təhsil, davamlı inkişaf və diplomatiyadakı mühüm rolunu göstərəcək.

Yubiley tədbirləri çərçivəsində yanvarın 10-dan 13-dək bütün dünyada 50 ölkədən 250-dən çox tədbir qeydiyyatdan keçib.

Tusi-Bohm Planetariumda dörd gün ərzində məktəblilər üçün “açıq qapı” saatları, “Kosmik kostyum” müsabiqəsi keçirilib və gecə müşahidələri aparılıb. Tədbirdə 700 nəfərdən artıq məktəbli və xüsusi qayğıya ehtiyacı olan uşaq iştirak edib.


5 il əvvəl