• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil işçilərinin beynəlxalq təlimlərdə iştirakı ilə bağlı seçim müsabiqəsi

“eTwinning Plus” layihəsinə qoşulmuş təhsil işçilərinin 2019-cu il ərzində xarici ölkələrdə keçiriləcək beynəlxalq təlimlərdə iştirakı ilə bağlı seçim müsabiqəsinə start verilib.

İl ərzində “eTwinning” proqramı üzrə layihələrdə iştirak edən təhsil işçiləri üçün müxtəlif seminar, konfrans və peşəkar inkişaf proqramları təşkil olunur. Xarici ölkələrdə keçirilən tədbirlər əsasən 2-3 gün davam edir. Müəllimlər üçün təlimlərdə iştirak ödənişsizdir.

Tədbirlərdə iştirak üçün seçim müsabiqəsi 2 mərhələdə aparılır. 1-ci mərhələyə müraciət edən iştirakçı ən azı 1 il “eTwinning Plus” layihəsində iştirak etməli, aktiv və başa çatmış 5-dən artıq  təhsil layihəsinin müəllifi və ingilis dilində ünsiyyət bacarıqlarına malik olmalı, “eTwinning” portalından istifadə edə bilməlidir.

Müsabiqənin 2-ci mərhələsinə keçən namizədlər Təhsil Nazirliyinin  İşçi Qrupu tərəfindən müsahibə olunur. Müsahibədən uğurla keçən namizədlər “eTwinning” proqramı  çərçivəsində Avropada keçiriləcək beynəlxalq təlimlərdə iştirak hüququ qazanırlar.

Azərbaycanda “eTwinning Plus” layihəsi 2016-cı ildən etibarən Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır. Layihə çərçivəsində indiyədək 419 məktəbdən 1166 müəllimin iştirakı ilə 1053 təhsil layihəsi həyata keçirilib. 


5 il əvvəl