• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycanlı şagirdlər Beynəlxalq Jautıkov Olimpiadasında

Yanvarın 9-da Qazaxıstanın Almatı şəhərində 15-ci Beynəlxalq Jautıkov Olimpiadası (IZhO) öz işinə başlayacaq.

Olimpiadada Azərbaycanı informatika fənni üzrə 4, riyaziyyat fənni üzrə 6, fizika fənni üzrə 4 iştirakçı və 2 rəhbər olmaqla 16 nəfərlik heyət təmsil edir.

15-ci Beynəlxalq Jautıkov Olimpiadası yanvarın 15-dək davam edəcək.


5 il əvvəl