• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Ali təhsilin rəqəmsal transformasiyası" mövzusunda konfrans

Təhsil Nazirliyinin dəstəyi və “Microsoft Azərbaycan” şirkətinin təşkilatçılığı ilə Bakıda ali təhsil müəssisələrinin inzibati heyəti üçün "Ali təhsilin rəqəmsal transformasiyası" mövzusunda konfrans təşkil olunub.

Tədbirdə təhsil nazirinin müavini İdris İsayev, “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Sərxan Həşimov, şirkətin təhsil proqramı üzrə koordinatoru Emin Axundov, “AzİnTelecom” MMC-nin direktor müavini Ceyhun Əliyev, “BestComp Group” şirkətinin məhsul meneceri Elçin Məmmədov iştirak ediblər.

Təhsil nazirinin müavini İdris İsayev qeyd edib ki, ölkədə həyata keçirilən islahatların əsas istiqamətlərindən biri rəqabətədavamlı milli innovasiya sisteminin yaradılmasıdır. Biliklərə əsaslanan iqtisadiyyata keçidin təmin edilməsində, milli innovasiya sisteminin formalaşmasında, cəmiyyətin innovativ səviyyəsinin yüksəldilməsində universitetlər mühüm rol oynayır.

Nazir müavini bildirib ki, son illər Təhsil Nazirliyinin dəstəyi və müxtəlif qurumların iştirakı ilə ölkənin ali təhsil müəssisələrində innovasiya ekosisteminin qurulması ilə əlaqədar geniş tədbirlər həyata keçirilir.  

“Microsoft Azərbaycan” şirkətinin baş direktoru Sərxan Həşimov diqqətə çatdırıb ki, təmsil etdiyi qurumla Azərbaycan höküməti arasında dövlət strukturları üçün proqram təminatı lisenziyalarının alınması ilə bağlı 3 illik saziş imzalanıb. Sazişin bağlanması zamanı ölkənin bütün ali təhsil müəssisələrinin tələbələri üçün pulsuz “Microsoft Windows” və “Microsoft Office” proqram təminatı təqdim olunub.

“Microsoft Azərbaycan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov isə  bildirib ki, təhsil müəssisələrinin lisenziyalaşdırılması tələbə və müəllimlərə lisenziyalı proqram təminatından istifadə etməyə imkan verir. Bu isə öz növbəsində özəl sektorda və ümumilikdə ölkə üzrə lisenziyasız proqram təminatından istifadə səviyyəsinin azalmasına gətirib çıxarır.

Tədbirdə Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin rektorları,  prorektorları və İT üzrə mütəxəssisləri təhsil ocaqlarının rəqəmsal transformasiya təcrübəsi barədə fikir mübadiləsi aparıblar.


5 il əvvəl