• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

ADNSU-da “Azİİ Elektron Kitab Evi” açılıb

Dekabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azİİ Elektron Kitab Evi”nin açılış mərasimi keçirilib.

Mərasimdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, universitetin İctimai Etimad Şurasının sədri, Milli Məclisin deputatı Aydın Mirzəzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, professor və müəllimlər, tələbələr iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları kitabxananın resursları və oxu zalı ilə tanış olublar. “Azİİ Elektron Kitab Evi”nin müdiri Səlahət Mahmudova 24 saat fəaliyyət göstərəcək kitabxananın iş prinsipi, yeni maddi-texniki bazası, kitablar, eləcə də kitabların xüsusi qorunma rejimi haqqında ətraflı məlumat verib.

Sonra “Azİİ Elektron Kitab Evi”nin qurulması prosesi barədə danışan M.Babanlı dünya təcrübəsindən istifadə olunmaqla yanaşı, burada universitetə məxsus nadir bir sistemin yaradıldığını bildirib. Rektor “Azİİ Elektron Kitab Evi”nin sırf Azİİ brendi olaraq ərsəyə gələn, 7 gün, 24 saat fəaliyyət göstərəcək kitabxana olduğunu vurğulayıb. 800 kvadratmetrlik sahəni əhatə edən kitabxananın universitetin elektron şəbəkəsinə qoşulduğunu deyən M.Babanlı tələbələrin istifadəsi üçün hər cür şərait yaradıldığını və onun bir milyon kitab resursuna malik olduğunu qeyd edib. Kitabxanadan istifadə qaydaları barədə məlumat verən rektor gələcəkdə ikinci hissənin də istifadəyə veriləcəyini və onun 1000 kvadratmetrlik ərazini əhatə edəcəyini söyləyib. O, kitabxananın, ilk növbədə, ADNSU-nun tələbələri və əməkdaşları, gələcəkdə isə bütün ölkə vətəndaşları üçün açıq olacağını qeyd edib.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkəmizdə təhsilə xüsusi önəm verildiyini vurğulayıb. ADNSU-da həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs edən nazir müavini bu ali məktəbin təkcə maddi-texniki bazasının deyil, eyni zamanda, ümumi strukturunun yeniləndiyini bildirib. M.Vəliyeva universitetin daha bir nadir layihəyə imza ataraq 24 saat işləyən müasir kitabxana sisteminin yaradılmasında göstərdiyi təşəbbüsü yüksək qiymətləndirib.

Müasir standartlara uyğun elektron kitab evi ilə Azİİ-nin özünün yeni brendini təqdim etdiyini deyən Milli Məclisin deputatı Aydın Mirzəzadə ADNSU-nun bununla ölkədə kitabxana mədəniyyətinin inkişafına öz töhfəsini verdiyini söyləyib.

ADNSU-nun məzunu “Barratson” şirkətinin təsisçisi və baş direktoru Elşən Rəhimov universitetdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb. O, rəhbərlik etdiyi qurum adından ADNSU-nun “Azİİ Elektron Kitab Evi”nə 100 ədəd kitab hədiyyə edib.

Qeyd edək ki, ikimərtəbəli kitabxanada oxu zalları mövcuddur. Burada məşhur kitabxanaların elektron resurslarına, o cümlədən xarici universitetlərin bazalarına daxil olmaq mümkündür. Bir milyon kitab resursuna malik kitabxanada 1200 ədəd elektron kitab var. Kitabların hamısı professor-müəllim heyətinin seçiminə uyğun çeşidlənib və təsnifatlandırılıb. 250 min ədəd kitabın barkodları qeyd olunub. Kitablar rəflərdə xüsusi qorunma üsulu ilə saxlanılır. Kitabxanada gecə oxumaq istəyən tələbələrin pulsuz qidalanması nəzərdə tutulub.

 

AZƏRTAC


5 il əvvəl