• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsili mərkəzinin tələbələri qalib olub

Bakı Mühəndislik Universitetində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə IV Qış Elm Festivalı keçirilib.

Festivalda Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri tərəfindən təqdim olunan “Su mühərriki” və “Muncuqlarla kreativ incəsənət nümunəsi” layihələri kateqoriyalar üzrə aparılmış qiymətləndirmə nəticəsində I yerə layiq görülüb. Mərkəzin tələbələri həmçinin, “Plastmas tullantılardan kreativ incəsənət nümunələri”  layihəsi üzrə III yeri qazanıblar.

Qaliblərə medal, sertifikat və hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, festivalın məqsədi gənc istedadları üzə çıxarmaq, onlara stimul vermək, tələbələrdə elmə qarşı maraq yaratmaqdır.

Festivala 100-dən çox layihə təqdim olunub.


5 il əvvəl