• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal yaşayış kompleksinin ərazisindəki 161 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı şəhəri Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yeni yolun, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak edib, Agentliyin yeni yaşayış kompleksinin təməlini qoyublar.

Kompleksin ərazisində 161 nömrəli tam orta məktəbin binası da inşa edilib.

Dövlət başçısı və birinci xanım burada yaradılan şəraitlə tanış olublar.

Təhsil naziri Ceyhun Bayramov məlumat verib ki, 960 şagird yerlik tam orta məktəbdə 36 sinif otağı var. Onlardan 15-i ibtidai, 21-i isə yuxarı sinif şagirdləri üçündür. Siniflərin hamısı zəruri tədris avadanlığı ilə təchiz olunub. Burada, həmçinin 6 tədris laboratoriyası şagirdlərin istifadəsinə veriləcək.

Bu təhsil ocağında yaradılan şərait son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsil sahəsində aparılan islahatların uğurlu nəticələrinin əyani göstəricisidir. Bütün bunlar Azərbaycanda təhsil sferasının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə nəticələnib. Yeni məktəb binalarının inşası, mövcud təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması ölkəmizdə təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində aparılan işlərin tərkib hissəsidir. Bütün bu işlər həm də onu göstərir ki, Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Bu da, təsadüfi deyil. Çünki dövlətin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsi, gənc nəslin müasir, intellektual və savadlı yetişməsidir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar, o cümlədən yeni-yeni məktəb binalarının inşası, mövcud təhsil müəssisələrində yeni korpusların tikilməsi və əsaslı təmiri mühüm əhəmiyyət kəsb edir.


5 il əvvəl