“Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsi çərçivəsində görüş
Avropa Komissiyasının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsi çərçivəsində ekspert missiyası Azərbaycana səfər edib.
Tvinninq layihəsinin “Təhsil proqramlarının tələbələrə əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə keyfiyyət təminatı sisteminin daha da təkmilləşdirilməsi” adlı üçüncü komponenti çərçivəsində ölkəmizdə səfərdə olan ekspert qrupuna Litvanın Vilnüs Gediminas Texniki Universitetinin tədris məsələləri üzrə direktoru Nora Skaburskiene və Latviyanın Akademik Məlumat Mərkəzinin eksperti Asnate Kazoka daxildir.
Səfərin məqsədi tədris proqramlarının qiymətləndirilməsi prosesində xarici qiymətləndiricilər tərəfindən istifadə olunacaq təlimat kitabçasının işlənib hazırlanmasıdır.
Səfər çərçivəsində Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin əməkdaşları ilə görüşlər keçirilib, Latviya və Litvada proqram qiymətləndirilməsi sahəsində mövcud təcrübə əməkdaşların diqqətinə çatdırılıb.
Daha sonra Tvinninq layihəsinin ekspertləri azərbaycanlı həmkarları ilə birlikdə xarici qiymətləndiricilər üçün təlimat kitabçasının hazırlanması ilə bağlı birgə iş aparıb, həmçinin sözügedən sənədin ilkin variantı hazırlanıb.
Qeyd edək ki, “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini səriştəyə əsaslanan təhsil yanaşmasına uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdən, eləcə də tələbəyönümlü təhsil sisteminə və təlim nəticələrinə əsaslanan yanaşmaya keçidi dəstəkləməkdən ibarətdir. İki il ərzində həyata keçiriləcək layihənin icrasına cari ilin aprel ayında başlanılıb. Layihənin icrasına Fransa, Latviya və Litvanın müvafiq qurumları və ekspertləri cəlb olunub.
5 il əvvəl
Digər xəbərlər
-
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00 -
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
19.04.2024 - 15:23 -
I sinfə elektron sənəd qəbulunun vaxtı açıqlanıb
19.04.2024 - 14:56 -
"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib
18.04.2024 - 17:01 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü - Fotolent
18.04.2024 - 14:10