• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

ADA Universitetində Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir

ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tematik bal keçirilib. Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzi (World Wide Diplomacy - WWD) tərəfindən təşkil olunan gecənin iştirakçıları Bakı Avropa Liseyinin və Müasir Təhsil Kompleksinin II-VI sinif şagirdləri olublar.

Universitetin prorektoru Fariz İsmayılzadə iştirakçıları və qonaqları salamlayıb.

Məktəblilər bayramda qədim dövrlərdən 1918-ci ilədək dünya diplomatiya tarixinə həsr olunmuş ədəbi-musiqili perfomans nümayiş etdiriblər. Tamaşada Misirin Amarna şəhərində tapılmış qədim diplomatiya arxivindən tutmuş Paris Sülh Konfransınadək sənədli materiallardan istifadə edilib.

Azərbaycan, ingilis və rus dillərində hazırlanmış balın orijinal formatı, tarixi geyimlərdən istifadə olunması, pavana, menuet və digər orta əsr rəqsləri tamaşaçılar tərəfindən yüksək dəyərləndirilib.

Tədbirdə əsas diqqət Paris Sülh Konfransının iştirakçılarına həsr edilmiş mini tamaşaya ayrılıb. Tamaşanın hazırlanmasında Bakı Media Mərkəzinin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi “Əbədi ezamiyyət” sənədli filminin materiallarından istifadə edilib. 


5 il əvvəl