• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilərin Respublika Yaradıcılıq Festivalına start verilib

 

Dekabrın 20-də Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı ilə  Məktəblilərin Respublika Yaradıcılıq Festivalına start verilib.  

Festivalın məqsədi məktəblilərdə yeni növ texnologiyalaradan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzinin formalaşdırılması, onlara gələcəyin ixtisas və peşə seçim imkanlarını təmin edən müvafiq bacarıqların verilməsidir.

2018-2019-cu tədris ili boyunca keçirilməsi nəzərdə tutulan festival çərçivəsində 2 müsabiqə - “Ekoloji yönümlü və enerji effektli məktəb” və Məktəblilərin dram, təsviri və dekorativ-tətbiqi sənət üzrə respublika müsabiqələri keçiriləcək.

Müsabiqələrdə respublikanın bütün ümumtəhsil müəssisələrinin şagirdləri dekorativ-tətbiqi, təsviri sənət, dram və ekologiya istiqamətləri üzrə iştirak edəcəklər.


5 il əvvəl