• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Cenevrədə Azərbaycanın innovativ və yüksək texnologiyalar üzrə startaplarına həsr olunan tədbir keçirilib

Dekabrın 18-də İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycanın innovativ və yüksək texnologiyalı startaplarına həsr olunan tədbir keçirilib.

Tədbirin ilk hissəsində innovativ və yüksək texnologiyalı startaplara həsr edilmiş sərginin rəsmi açılışı olub. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) birgə təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan startapçılarının hazırladığı 16 layihə təqdim olunub.

Tədbirdə ÜƏMT-nin, BTİ-nin nümayəndələri, Cenevrədə akkreditə olunmuş diplomatlar, beynəlxalq təşkilatların, akademik və biznes dairələrinin təmsilçiləri iştirak ediblər.

Sərginin açılışında nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hulin Zao, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, təhsil nazirinin müavini İdris İsayev çıxış ediblər.

Təhsil nazirinin müavini İdris İsayev cıxışında bildirib ki, uğurlu inkişafın təməlində bilikyönümlü cəmiyyətin və rəqabətqabiliyyətli mühitin texnoloji innovasiyalarla tamamlanması dayanır. Bu istiqamətdə elm və təhsilin rolu danılmazdır. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən biri bilik iqtisadiyyatının formalaşdırılmasıdır. Bu məqsədlə də milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində ali təhsil müəssisələrində “təhsil-tədqiqat-innovasiya” formatında inkişafın təşviqi həyata keçirilir.

Çıxışlardan sonra beynəlxalq təşkilatın rəhbərləri və nümayəndələr Azərbaycan startapçılarının hazırladıqları layihələrə baxıblar. Kənd təsərrüfatı, səhiyyə, sənaye, turizm və digər sektorları əhatə edən və uğurlu perspektivlər vəd edən innovativ layihələr böyük maraqla qarşılanıb.

Startap sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 8, ali təhsil müəssisələrinin 5 və Əqli Mülkiyyət Agentliyininn 3 layihəsi təqdim olunub.

Sərginin açılışından sonra ÜƏMT-nin binasında “Azərbaycanda əqli mülkiyyətin inkişafı və onun regiona təsiri: innovativ və yüksək texnologiyalar üzrə startapların təqdimatı” adlı konfrans keçirilib.

Tədbirin bədii hissəsində Azərbaycan musiqiçiləri konsert proqramı ilə çıxış ediblər.


5 il əvvəl