• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verilib

Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC ilə birgə iki mövzu üzrə epistolyar inşa müsabiqəsinə start verir.

Müsabiqə Ümumdünya Poçt İttifaqının (ÜPİ) tövsiyəsi əsasında ənənəvi olaraq hər il təşkil olunur.

Builki müsabiqəyə Ümumdünya Poçt İttifaqı tərəfindən “Öz qəhrəmanın haqqında məktub yaz” mövzusu (15 yaşa qədər olan məktəblilər), “Azərpoçt” MMC tərəfindən isə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusu təklif edilib.

 “Azərpoçt” MMC-nin qeyd olunan mövzunu təklif etməsi 2019-cu ildə Ümummilli lider Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbərlik etməsinin 50 illiyi ilə əlaqədardır.

Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 1000 sözdən artıq olmamalıdır.

Müsabiqədə iştirak etmək istəyən hər bir şagirdin inşa yazısı iştirakçı vərəqi ilə birlikdə 01 aprel 2019-cu il tarixinə qədər rayon poçt filialları üzrə yerli poçt filiallarına, Bakı şəhəri üzrə isə “Azərpoçt” MMC-yə (ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 36, poçt indeksi: AZ1000) göndərilməlidir.

Hər mövzu üzrə 1-ci yerin sahiblərinə 200 manat, 2-ci yerin sahiblərinə 150 manat, 3-cü yerin sahiblərinə 100 manat , həvəsləndirici yerlər üzrə qaliblərin hər birinə 80 manat məbləğində pul mükafatları, eyni zamanda Fəxri fərman və hədiyyələr təqdim olunacaq.

Ümumdünya Poçt İttifaqının təklif etdiyi mövzu üzrə qalib elan edilən şagirdin inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının İsveçrənin Bern şəhərində yerləşən mərkəzi ofisinə göndəriləcək. Müsabiqənin şərtlərinə görə, toplanan inşalar YUNESKO-nun təşkil etdiyi münsiflər heyətinə təqdim ediləcək. Sonda 3 əsas qalib və 5 laureat müəyyən olunacaq.

Qaliblər qızıl, gümüş, bürünc medallarla, laureatlar isə xüsusi hədiyyələrlə mükafatlandırılacaq. Qızıl medalın sahibi olan məktəbli ÜPİ-nin Beynəlxalq Bürosunun mükafatını almaq üçün Bern şəhərinə dəvət olunacaq. Gümüş və bürünc medalların sahiblərinin adları ən yaxşı inşa yazısı ilə birlikdə “Poçt ittifaqı” jurnalında çap olunacaq.

Beynəlxalq Büro bu hadisənin mətbuatda hərtərəfli işıqlandırılmasını təmin etməklə, ictimaiyyətin diqqətini laureatların aid olduğu ölkələrə cəlb edir.

Mükafatlandırma mərasimi hər il 9 oktyabr - Ümumdünya Poçt Günündə keçirilir.

Xatırladaq ki, “Azərpoçt” MMC 1993-cü ildən ÜPİ-nin üzvüdür.


5 il əvvəl