Mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək
Dekabrın 22-də dövlət peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin növbəti mərhələsi keçiriləcək.
Bu mərhələdə əsasən regionlarda fəaliyyət göstərən və indiyə qədər diaqnostik qiymətləndirilməsi keçirilməyən dövlət peşə təhsili müəssisələrinin ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları iştirak edəcək.
Qiymətləndirmənin nəticələrindən asılı olaraq, mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsi ilə əmək bazarının tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, müxtəlif səbəblərə görə əvvəlki qiymətləndirmələrdə iştirak edə bilməyənlər də diaqnostik qiymətləndirmənin bu mərhələsinə cəlb olunacaq. Bununla da dövlət peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin başa çatdırılması planlaşdırılır.
Diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən peşə təhsili müəssisələri üzrə mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının yoxlanılması, nəticələrdən asılı olaraq onların ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır.
5 il əvvəl
Digər xəbərlər
-
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30 -
Məktəblilərimiz informatika fənni üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər
22.04.2024 - 18:00