• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Cüdo idman növü üzrə açıq birincilik keçirilib

Yeniyetmələr arasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş cüdo üzrə açıq birincilik keçirilib. Birincilik “Təhsil” Respublika İdman Mərkəzinin dəstəyi, 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə baş tutub.

Xaçmaz rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin idman zalında keçirilən yarışda Qusar, Xaçmaz, Siyəzən rayon və Sumqayıt şəhər uşaq-gənclər idman-şahmat məktəblərindən, “Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli və 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəblərindən 17 çəki dərəcəsi üzrə 158 idmançı mübarizə aparıb.

Birincilikdə komanda hesabında I yerə “Təhsil” RİM-in 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, II yerə Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, III yerə Qusar rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandaları layiq görülüb.

Müxtəlif çəki dərəcələri üzrə I,II və III yerləri tutan idmançılar medal və diplomlarla təltif edilib.

Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd regionlarda məktəblilər arasında cüdo idman növünün təbliği və inkişaf etdirilməsi, onların sağlam həyat tərzinə cəlb edilməsi, perspektivli cüdoçuların müəyyən edilməsi və idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsindən ibarətdir.


5 il əvvəl