• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fəxri xiyaban ziyarət edilib

Dekabrın 12-də Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Daha sonra təhsil nazirinin müavini, YAP Nərimanov rayon təşkilatı idarə heyətinin üzvü Firudin Qurbanov, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və nazirliyin əməkdaşları ümummilli liderin Heydər Əliyev Sarayının qarşısındakı abidəsini ziyarət edib, dahi liderə ehtiramlarını bildiriblər. Həmçinin Təhsil Nazirliyinin 6 nəfər əməkdaşı Yeni Azərbaycan Partiyasına üzv qəbul olunub.


5 il əvvəl