• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Media və təhsil dialoqu” mövzusunda növbəti təlim-konfrans

Dekabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində “Media və təhsil dialoqu” mövzusunda altıncı təlim-konfrans keçiriləcək.

Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının rəhbərləri, ali təhsil müəssisələrininin mətbuat xidmətlərinin rəhbərləri iştirak edəcəklər.

Tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin media və təhsil əlaqələrinin möhkəmləndirilməsi,  ictimaiyyətlə əlaqələr üzrə peşəkar vərdişlərin artırılması, universitetlərin veb saytlarının müasir standartlara uyğunlaşdırılması və əlçatanlığın təmin olunmasıdır.

Təlim-konfransdan əvvəl pedaqoji ixtisaslara yüksək balla qəbul olmuş tələbələrin dərs prosesi izlənəcək. Daha sonra “Universitet veb saytının istifadəçilər üçün əlçatanlığının təmin olunması”, “Veb saytlarda yeni funksiyalardan səmərəli istifadə və təhlükəsizlik”, “Ali təhsil müəssisələrinin rəqəmsal alətlərdən istifadəsi və onların nəticələri” mövzularında təqdimatlar olacaq.


5 il əvvəl