• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəssamları mükafatlandırılıb

Çexiya Respublikasının Azərbaycandakı səfirliyində “Lidice 2018 - 46-cı beynəlxalq uşaq təsviri sənət sərgisi” rəsm müsabiqəsində qalib olmuş 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin təltifetmə mərasimi keçirilib.

Tədbirdə Çexiyanın Azərbaycan Respublikasındakı səfiri Milan Ekert, qalib uşaqlar, valideynlər, mərkəzin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Milan Ekert “Su qızıldan dəyərlidir” devizi altında keçirilən müsabiqənin qalibi olmuş mərkəzin dərnək üzvləri İnci Rəcəbli, Zöhrə Quliyeva, Jasmin Yəhyabəyovanı təbrik edib. Qaliblərə diplom və hədiyyələr verilib.

Qeyd edək ki, 2018-2028-ci onillik BMT tərəfindən “Su resursları onilliyi” elan edilib. Lidice Rəsm Qalereyası tərəfindən təşkil edilmiş sözügedən müsabiqə həmin onilliyə həsr olunub. Müsabiqəyə Mərkəzdən 4-16 yaş arası 55 nəfər dərnək üzvü qatılıb.


5 il əvvəl