• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Serbiyada təhsil təqaüd proqramı

 Serbiya Respublikası tərəfindən 2018-2019-cu tədris ilinin II semestri (yaz) üzrə Azərbaycan vətəndaşlarına ali təhsil üçün təqaüd proqramı elan olunub.

 “Serbiyada Sülh” təqaüd proqramı çərçivəsində Belqrad Universiteti, Novi Sad Universiteti və Nis Universitetində təhsil almaq üçün bakalavriat (21 yaşadək namizədlər), magistratura (25 yaşadək namizədlər) və ya doktorantura (35 yaşadək namizədlər) təhsil səviyyəsi üzrə  1 təqaüd yeri ayrılıb.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları dekabrın 16-dək tələb olunan sənədləri Təhsil Nazirliyinin elektron ərizə sistemi (https://www.app.htp.edu.az/) vasitəsi ilə təqdim etməlidirlər.

Təqaüd proqramı çərçivəsində təhsil ödənişsizdir. Müvəqqəti yaşayış üçün qeydiyyat, tibbi sığorta, serb dili hazırlıq kursları və seçilmiş ixtisas üzrə təhsil, yaşayış xərcləri (yataqxana və gündəlik yemək xərcləri),  həmçinin  15.000 serb dinarı məbləğində aylıq təqaüd (nəqliyyat və dərslik xərcləri daxil) Serbiya hökuməti tərəfindən qarşılanır.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.


5 il əvvəl