• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

20 000-ə yaxın “Bir” tələbə-könüllü

Hər il 5 dekabr BMT Baş Məclisi tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd edilir.

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı ölkənin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, könüllülük fəlsəfəsini aşılamaq üçün 2015-ci il dekabrın 14-də yaradılan uzunmüddətli proqramdır. 

6 istiqamətdə fəaliyyət göstərən proqram tələbələrin karyera imkanlarının qazanmasında, dərsdən kənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Proqram Azərbaycanda milli könüllü platformasını formalaşdıraraq 20 000-ə yaxın tələbə-könüllüdən ibarət vahid könüllü bazası yaradıb. Könüllülərin təmsil olunduğu bölgələrə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran və Masallı daxildir.

Proqramda tələbə-könüllülər üçün özünüinkişaf mühiti formalaşdırılıb. Burada tələbə-könüllülər üçün müntəzəm olaraq təlim, kurs, seminar, təcrübə və mübadilə proqramları həyata keçirilir. Bunun sayəsində könüllülərin dil biliklərini inkişaf etdirilir, təcrübəsi artırılır və karyera imkanları genişləndirilir.

Proqramın fəal könüllüləri uğurlu fəaliyyətləri nəticəsində karyeralarında ilk addımlarını atıb, bir çoxları isə beynəlxalq forumlarda ölkəmizi layiqincə təmsil ediblər.  

Proqram tərəfindən “Elektron könüllü portalı” yaradılıb. Bu sistem vasitəsilə hər bir tələbə-könüllünün iştirak etdiyi tədbirlərin sertifikatı www.konullu.edu.az saytındakı hesabında yerləşdirilir. Həmçinin bu sayt vasitəsilə tələbə-könüllü şəxsi hesabını yaradaraq şəxsi məlumatlarını hesabına yükləyə və bütün həyata keçirilən tədbirlərdən xəbərdar ola bilər.

Minlərlə tələbə-könüllü 3 il ərzində 380 yerli və beynəlxalq səviyyəli tədbirin təşkilinə dəstək veriblər. Proqrama qoşulmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçərək fəal tələbə-könüllülərdən ola bilərlər.


5 il əvvəl