• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH tələbələrinin ifasında Cümhuriyyətin 100 illiyi ilə bağlı tamaşa

Dekabrın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları tələbələrinin ifasında Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Hərə bir qəhrəman” tamaşası nümayiş olunub.

Tamaşada təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, ali məktəblərin rektorları, tanınmış ziyalılarvə tələbələr iştirak ediblər.

ADMİU-nun rektoru Ceyran Mahmudova çıxış edərək iştirakçıları salamlayıb və SABAH tələbələrinə yaradıcılıq uğurları arzulayıb. 

S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında nümayiş olunan tamaşanın bədii rəhbəri ADMİU-nun Sabah qruplarının rəhbəri Böyükxanım Məmmədbəyovadır.

Tamaşada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs SABAH qruplarının tələbələri Mirsənan Kazımlı, Ziya Ağa, Gövhər Şabanova, Fidan İsmayılova, Mətləb Abuşov, Elçin Əmirov, Toğrul Qasımov və başqaları çıxış ediblər.

Qan Turalının pyesi əsasında hazırlanmış “Hərə bir qəhrəman” adlı tamaşada Xalq Cümhuriyyətinin qurulmasında müstəsna xidmətləri olmuş 20 yaşlı millət vəkili Rəhim bəy Vəkilovun, Mədinə Vəkilovanın, həmçinin 23 yaşında Cümhuriyyətin ilk daxili işlər naziri təyin edilən Mustafa bəy Vəkilovun həyat hekayəsindən bəhs edilir.

Yaradıcı heyətin böyük ruh yüksəkliyi, tələbələrin obrazları peşəkar şəkildə canlandırmaları, aydın səhnə danışığı, eləcə də dinamika, geyimlər, dekorasiyanın bir-birini tamamlaması tamaşaçıların alqışları ilə qarşılanıb.


5 il əvvəl