• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İstedadlı gənc rəssamların mükafatlandırılma mərasimi

Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Fransada nağıllar mövzusuna həsr olunmuş “4-cü Biennale 2018” beynəlxalq rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Mükafatlandırma mərasimində Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri Yohan Şiterer, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin məsləhətçisi Qeyrət Şirəliyev iştirak edib.

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti qonaqları salamlayaraq Mərkəzin fəaliyyəti haqqında məlumat verib. Sonra Yohan Şiterer Mərkəzin fəaliyyəti ilə tanış olub.

Mərkəzin bədii kollektivi tədbir iştirakçıları qarşısında çıxış edib.

Qeyd edək ki, Fransada nağıllar mövzusunda keçirilmiş “4-cü Biennale 2018” beynəlxalq rəsm müsabiqəsində 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzindən Nərmin Abdullayevanın rəhbərlik etdiyi rəsm dərnəyinin üzvləri 17 işlə iştirak edib. 8 yaşlı gənc rəssam Dəniz Quliyeva qızıl medala, 16 gənc rəssam isə diploma layiq görülüb.


5 il əvvəl