• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi başa çatıb

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi başa çatıb. Bu mərhələdə ümumilikdə 1411 nəfər iştirak edib. İmtahan iştirakçılarına təhsil qanunvericiliyindən 25, əmək qanunvericiliyindən 20, məntiqdən isə 15 test tapşırığı təqdim olunub. Namizədlər arasında Bakı şəhəri 117 nömrəli tam orta məktəbin tarix müəllimi Samir  Əzimov 49 bal toplayaraq ən yüksək nəticəni  əldə edib.

Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq  (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə ölkə üzrə 700-ə yaxın vakant yer çıxarılıb.


5 il əvvəl