• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Eko səyahət” Respublika uşaq qısa film müsabiqəsi qaliblərinin mükafatlandırılması

Noyabrın 21-də Təhsil Nazirliyi və YUNİSEF arasında “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi çərçivəsində həyata keçirilən “Eko səyahət” Respublika uşaq qısa film müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olub.

Müsabiqənin əsas məqsədi ekoloji problemlərə ictimai diqqəti artırmaq, məktəblilərin ətraf mühitin qorunmasında fəal iştirakını təmin etməkdir.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, BMT-nin Uşaq Fondunun (YUNİSEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin iştirak edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, məktəblilərin ekoloji biliklərinin artırılması, ekoloji problemlərin həlli məsələlərinə cəlb olunması, iqlim dəyişikliyi, fəlakət riskinin azaldılması məsələləri təhsil müəssisələrinin fəaliyyət planının tərkib hissəsidir. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün nazirlik tərəfindən bir sıra respublika və beynəlxalq səviyyəli tədbirlərin keçirildiyini qeyd edən Firudin Qurbanov bu tədbirlər arasında ekoloji təhsil proqramları, iqlim dəyişmələri, təbii resursların qorunması ilə bağlı layihələrin çoxluq təşkil etdiyini deyib.  

YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin isə qeyd edib ki, iqlim dəyişmələrinin fəsadları ilə mübarizə aparmaq üçün belə layihələrə böyük ehtiyac var. Edvard Karvardin YUNİSEF-in dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən icra olunan və 100 müəllimi, 3000 şagirdi əhatə edən “Ekoloji təhsil proqramı”nın da ekoloji maarifləndirmə işlərinə töhfə verəcəyini vurğulayıb.

Müsabiqədə 710 şagird iştirak edib. Seçim mərhələsinə 112 videoçarx keçib. Müsabiqədə Balakən rayon Qazma kənd 2 nömrəli tam orta məktəbi I yer, Bakı şəhər 20 nömrəli məktəb-lisey  II yer, Neftçala rayon A.Dadaşov adına Yeniqışlaq kənd ümumi orta məktəbi və Göygöl rayon Texniki, Təbiət Fənləri Təmayüllü liseyi III yeri tutub.  Həmçinin 13 videoçarx müəllifi həvəsləndirici yerlərlə təltif edilib.


5 il əvvəl