• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

IV SABAH Tələbə Debat Forumu

Təhsil Nazirliyinin tərəfdaşlığı, SABAH qrupları və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) təşkilatçılığı ilə “Respublika Gənclər Debat Forumu: payız 2018” layihəsi çərçivəsində 4-cü SABAH Tələbə Debat Forumu keçirilib.

Forumun əsas məqsədi SABAH tələbələrinin müxtəlif debat mövzuları üzrə biliyinin artırılması, natiqlik, sərbəst tədqiqat və təqdimat bacarıqlarının inkişafı, tədrisdənkənar fəaliyyətlərinin səmərəliliyinin təmin olunması, onlar arasında intellektual oyunlara və ünsiyyətin genişlənməsinə maraq yaradılmasıdır. 

Tədbirdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov intellektual  forumların gənclərin formalaşmasına müsbət təsir etdiyini, rəqabət qabiliyyətini artırdığını vurğulayıb. Nazir müavini onu da qeyd edib ki, intellektual oyunların keçirilməsi yolu ilə dərsdənkənar biliklər əldə etmək olduqca mühüm məsələdir.

Debat yarışlarının mövzusu Nazirlər Kabinetinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında tədbirlər planına uyğun olaraq seçilib. Debat müzakirələri “Dövlətlərin sahib olduğu hərbi güc dövlətlərarası sivil münasibətlərin inkişafında effektiv rol oynayır” mövzusu ətrafında aparılıb.    

Forumun qrup və “play-off” mərhələsində ümumilikdə 6 universiteti təmsil edən 21 komanda mübarizə aparıb. Debat raundlarından uğurla keçən “Bank of UNEC” və “Evtanaziya” komandaları finala vəsiqə qazanıblar. Tələbələrdən Hüseyn Əliyarlı (AzMİU), Nihad Babayev (AzMİU), Nərmin  Mustafayeva (AzMİU), Nazpəri Qasımzadə (ADİU), Nərminə Xanəliyeva  (BDU), Nərmin Bayramova (ADİU), Əhliman Süleymanlı (ADİU), Fəxri Nağıyev (ADİU), İsmayıl Səlimov (ADİU), Hüsniyyə İdrisova (ADUİ) “Forumun ən yaxşı natiqləri” adına layiq görülüblər.

 Forumun builki qalibi Azərbaycan Dövlət İqtisad Universitetinin “Bank of UNEC”  komandası olub.

Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Layihənin məqsədi ali təhsil sistemində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması və qlobal kadr bazarının tələblərinə cavab verən savadlı və peşəkar mütəxəssislərin yetişdirilməsidir.

SABAH qrupları 2014-2015-ci tədris ilində 5 ixtisas istiqaməti (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat),  34 ixtisas üzrə 7 ali təhsil müəssisəsində formalaşdırılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə 40-a yaxın ixtisas və 2200-dən çox tələbəni əhatə edir.

Qeyd edək ki, DVC yerli və beynəlxalq biznes strukturları, dövlət qurumları, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. DVC-nin aparıcı proqramlarından biri olan Milli Debat Proqramının məqsədi gənclərin maariflənməsi və intellektual gənclər şəbəkəsinin yaradılmasıdır. Proqram respublikanın 45 rayonunu və bütün böyük şəhərləri əhatə etməklə, 12 regional debat mərkəzini, ali və orta təhsil müəssisələrində yaradılmış debat klublarını özündə birləşdirir.


5 il əvvəl