16.11.2018 12:00

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” aksiyası keçiriləcək

Noyabrın 17-də Təhsil Nazirliyi  Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə aksiyasına start verəcək.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın məqsədi gənc nəsil arasında ətraf mühitin qorunması, ekoloji tərbiyənin gücləndirilməsi və təbiətə qayğı hissi aşılamaqdır.  

Bir həftə davam edəcək aksiyada 100 min ədəd ağacın əkilməsi nəzərdə tutulur. Aksiyada ölkənin bölgələrinin xüsusiyyətlərini nəzərə alaraq şam, sərv, tuya, tut, badam, qoz, çinar, qovaq və başqa ağaclar əkiləcək.