• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

TOPs layihəsi çərçivəsində “Açıq dərs”

Noyabrın 15-də “TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin 5-ci mövsümündə Bakı şəhəri 138 nömrəli tam orta məktəbin inklüziv ibtidai sinfində fiziki tərbiyə fənnindən “Açıq dərs” keçirilib.

4-cü sinifdə keçirilən açıq dərsin məqsədi müxtəlif hərəkət kompleksləri və oyunlar vasitəsi ilə şagirdlərdə komanda ruhunun  inkişaf etdirilməsinə nail olmaqdır. Dərsdə şagirdlər fərdi, cütlərlə və komandalı fəaliyyətlə öz bacarıqlarını daha da inkişaf etdirməyə çalışıblar.

“Açıq dərs”in gedişini  təhsil nazirinin müavini Firudin Qurbanov, “British Council” təşkilatının Azərbaycandakı Nümayəndəliyinin direktoru Samr Şah, tərəfdaş təşkilatların digər rəsmi nümayəndələri və valideynlər izləyiblər.

Qonaqlar valideynlərlə inklüziv tədrisdə fiziki tərbiyə dərslərinin tədrisinin uşaqlara olan təsiri haqqında səmimi söhbət ediblər.

“Açıq dərs” yekunlaşdıqdan sonra təhsil nazirinin müavini Firudin Qurbanov, “British Council” təşkilatının Azərbaycandakı Nümayəndəliyinin direktoru Samr Şah arasında tennis üzrə yoldaşlıq oyunu keçirilib.

TOPs proqramı Təhsil Nazirliyi, “British Council” təşkilatının Azərbaycandakı Nümayəndəliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir.

Layihənin əsas məqsədi müasir təhsil texnologiyaları ilə fiziki tərbiyə fənnini tədris edən müəllimlərin peşə bacarıqlarının artırılmasına nail olmaq və  şagirdlərin fiziki-psixoloji sağlamlığının qorunmasını təmin etməkdir. Layihənin digər əsas məqsədlərindən biri də fiziki tərbiyə sahəsində müasir təhsil texnologiyasının yaradılmasına nail olmaqdan ibarətdir.

TOPs metodologiyası həmçinin inklüziv tədrisi də özündə birləşdirən təlim üsullarına malikdir. Bu metodologiya üzrə həm fiziki tərbiyə, həm də ibtidai sinif müəllimləri təlimlərdə iştirak edərək şən, təhlükəsiz və hamı üçün əlçatan dərslər tədris edirlər. Belə metodologiyanın tətbiqi nəticəsində müəllimlər siniflər üzrə tədris planında nəzərdə tutulmuş təlim nəticələrinə asanlıqla nail olurlar. Fiziki tərbiyə fənninin belə tədrisi şagirdlərdə fiziki göstəriciləri artırır və fənlərarası inteqrasiyanı təmin edərək digər fənlərin də qavranılmasına müsbət  təsir göstərir.

Qeyd edək ki, TOPs proqramına  Bakı, Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Qubadlı və Laçın rayonlarından ümumilikdə 250 ümumtəhsil məktəbi cəlb olunub.  


5 il əvvəl