• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsili sahəsində həyata keçirilən layihələrin icrasına dair tədbir

Noyabrın 8-də Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyi və Avropa Təlim Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycanda peşə təhsili və təliminin  modernləşdirilməsinə Avropa İttifaqının dəstəyi: peşə təhsili müəssisələrinin inkişaf  qrantları ilə bağlı təcrübələrin bölüşdürülməsi” mövzusunda seminar  keçirilib.

Tədbirin məqsədi Aİ-nin Azərbaycan üzrə “İllik Fəaliyyət Proqramı-2014” çərçivəsində peşə təhsili sahəsində həyata keçirilən layihələrin ilkin nəticələrinin müzakirə edilməsi, gələcək layihələrə dair tövsiyələrin hazırlanması olub. 

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas, Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, bir sıra peşə təhsili müəssisələrinin rəhbərləri, həyata keçirilən layihələrin nümayəndələri, eləcə də beynəlxalq ekspertlər iştirak edib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkə başçısı tərəfindən peşə təhsilinin inkişafına göstərilən diqqət və qayğıdan bəhs edərək, bu istiqamətdə görülən işlər, həyata keçirilən beynəlxalq layihələr və əldə olunan uğurlar barədə ətraflı məlumat verib. Nazir müavini peşə təhsilinin inkişafı istiqamətində layihələrin icrasının uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib. 

Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas icra olunan layihələr çərçivəsində görülən işlərdən, qarşıya qoyulan məqsədlərdən və gözləntilərdən danışıb.

4 sessiyadan ibarət olan tədbir panel müzakirələrlə davam edib. Müzakirələrdə Aİ tərəfindən maliyyələşdirilən və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən icra olunan layihələrin nümayəndələri özəl sektorla əməkdaşlıq, kurikulum hazırlanması, müəllimlərin təlimi, peşə məktəblərinin idarə olunması və digər mövzulara dair təqdimatlarla çıxış ediblər.


5 il əvvəl