Füzuli rayonunda “Bayraq yürüşü”
Noyabrın 6-da Təhsil və Müdafiə nazirlikləri Füzuli rayonunun Horadiz şəhərində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib.
Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.
Yürüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Müdafiə Nazirliyinin əməkdaşları, hərbçilər, ziyalılar, şagird və müəllimlər, KİV və QHT nümayəndələri iştirak edib.
Yürüşdən əvvəl iştirakçılar Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar.
Təhsil nazirinin müavini Firudun Qurbanov tədbiri açaraq üçrəngli bayrağın Azərbaycan dövlətinin müqəddəs rəmzlərindən biri və bu il 100-cü ildönümü qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olduğunu vurğulayıb. Firudin Qurbanov qeyd edib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yarananda dövlət atributu olaraq məhz üçrəngli bayraq təsdiq olunub.
Nazir müavini Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə ehtiram, milli ideallara bağlılıq ruhunda tərbiyə olunması baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Firudun Qurbanov varlığımızı dünyaya tanıdan bayrağımızın ölkə Prezidentinin rəhbərliyi altında işğal altında olan ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına inamını ifadə edib.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev cəbhə bölgəsində belə tədbirin keçirilməsinin gənclərdə bayraq sevgisini daha da artıracağını vurğulayıb.
“N” saylı hərbi hissə komandirinin müavini, polkovnik Elşad Əbilov Azərbaycan silahlı qüvvələrinin üçrəngli bayrağımızı ali baş komandan, cənab İlham Əliyevin rəhbərliyi altında işğalda olan ərazilərimizdə dalğalandırmağa hər an hazır olduqlarını bildirib.
Tarix elmləri doktoru Anar İsgəndərov isə qeyd edib ki, Azərbaycanın üçrəngli bayrağının yenidən dövlət rəmzi kimi bərpa olunması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlət müstəqilliyini bərpa edən dövrdə üçrəngli bayrağımız ilk dəfə ulu öndər Heydər Əliyevin sayəsində Naxçıvan Muxtar Respublikasında dalğalanıb.
Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdiriblər, şagirdlər tərəfindən bayrağımız haqqında mahnılar ifa olunub.
5 il əvvəl
Digər xəbərlər
-
”Məktəblilərin respublika çempionatı” na start verilir
23.04.2024 - 18:30 -
Məktəblilərimiz informatika fənni üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər
22.04.2024 - 18:00 -
Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə növbəti vakansiya seçimi mərhələsi
22.04.2024 - 17:00 -
Tələbələr arasında voleybol üzrə çempionat keçirilib
22.04.2024 - 14:14 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00