• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Çex Respublikasının təhsil, gənclər və idman nazirinin müavinini qəbul edib

Noyabrın 6-da təhsil naziri Ceyhun Bayramov Çex Respublikasının təhsil, gənclər və idman nazirinin müavini xanım Dana Prudikovanı qəbul edib.

Görüş zamanı Azərbaycan Respublikası ilə Çex Respublikası arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri, o cümlədən  “Enerji səmərəliliyinin təmin olunması” layihəsi müzakirə edilib.

Dana Prudikova Çex Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilən “Enerji səmərəliliyinin təmin olunması” layihəsi çərçivəsində Şamaxı rayonundakı A.Rəcəbov adına Qaravəlli kənd tam orta məktəbin binasının açılışında iştirak üçün ölkəmizdə səfərdədir.

 


5 il əvvəl