• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsili sahəsində beynəlxalq əməkdaşlıq

Noyabrın 2-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “British Council” təşkilatının Azərbaycan üzrə yeni təyin olunmuş direktoru Samr Şah ilə görüş keçirilib.

Agentliyin direktor əvəzi Amil Əlili  ölkədə peşə təhsilinin inkişafı istiqamətində aparılan islahatlar, görülən işlər  barədə geniş məlumat verib. Peşə təhsilində “British Council” təşkilatı ilə birgə həyata keçirilən “Turizm sektoru sahəsində kadrların hazırlanması və iş yerində təcrübə proqramı” və “Kənd təsərrüfatında yeni peşə ixtisaslarının hazırlanması” layihələrinin nəticələrini diqqətə çatdırıb, gələcək əməkdaşlıq məsələlərinə toxunub.

 “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Samr Şah da peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğulayıb, peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının artırılması üçün təlimlərin təşkili imkanlarından danışıb.

Görüş zamanı birgə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


5 il əvvəl