• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

UNEC-də “24/7 kitabxana” fəaliyyətə başlayıb

Noyabrın 1-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “24/7 kitabxana”nın açılış mərasimi olub.

Açılış mərasimində iştirak edən təhsil naziri Ceyhun Bayramova məlumat verilib ki, ölkədə ilk dəfə olaraq 7 gün, 24 saat fəaliyyət göstərəcək kitabxana müvafiq standartlara uyğun işıqlandırma və havalandırma sistemi, müasir proqram təminatı, yüksək sürətli fiber optik internet xətti və ən yeni parametrlərə sahib kompüterlərlə təchiz edilib. 3 mərtəbəli kitabxananın II və III mərtəbələrində ixtisaslaşmış və geniş fonda malik, açıq rəf sistemi ilə tərtib olunmuş oxu zalları fəaliyyət göstərir. Burada məşhur kitabxanaların elektron resurslarına, o cümlədən, “Oxford University”, “Cambridge University”, “The MIT”, “Duke University”, ECONBIZ, JSTOR, “Duke University Press” və EBSCO bazalarına daxil olmaq mümkündür. Tələbələr M.F.Axundov adına Milli Kitabxananın 60 min kitab, 140 min qəzet və jurnal, 15 min dissertasiyadan ibarət elektron bazasından da istifadə edə biləcəklər. İstifadəçilər həmçinin “Web of Science” platformasının 126 626 məqalədən ibarət bazasına çıxış əldə edə bilərlər. Eyni anda 104 tələbəyə xidmət göstərmək imkanına malik kitabxana ümumilikdə 760 mindən artıq elektron resursa çıxışı təmin edəcək.

Sonra daha bir innovativ layihə - ən müasir texnoloji avadanlıqlarla təchiz edilən “UNEC Extern” mərkəzi ilə tanışlıq olub. Bildirilib ki, dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlanan mərkəzin üstünlükləri sırasına onlayn dərsə istənilən yerdən qoşulmaq, tələbələrin mövzunu daha dərindən mənimsəmək üçün müəllimə sual vermək, müzakirələrdə iştirak etmək, dərslərin video bazasına istənilən vaxt və istənilən yerdən yenidən baxmaq imkanları daxildir.

Qeyd olunub ki,  “UNEC Extern”də seçilmiş yerli və əcnəbi professor-müəllimlərdən ibarət heyət tədris aparacaq. Mərkəzdə 6 tədris studiyası, 12 inzibati və 1 müzakirə otağı mövcuddur. Studiyalarda elektron kürsü, xüsusi sensor lövhə, monitor, HD kamera və səs avadanlıqları quraşdırılıb. Bir tədris studiyasında eyni anda 500, gün ərzində isə 9-12 min tələbəyə təhsil vermək mümkündür.


5 il əvvəl