• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi Mauro Dell’Ambrogio ilə görüşüb

Oktyabrın 29-da İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi  Mauro Dell’Ambrogionun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Səfər çərçivəsində Mauro Dell’Ambrogio Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzülüb.

İsveçrənin dövlət katibi Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Daha sonra təhsil naziri Ceyhun Bayramov İsveçrə  Konfederasiyasının təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi Mauro Dell’Ambrogio ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə İsveçrə Konfederasiyası arasında ali və peşə təhsili sahəsində əlaqələrin cari vəziyyəti, aparılan islahatlar və gələcək inkişaf perspektivləri müzakirə edilib. Görüşün sonunda təhsil naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi Mauro Dell’Ambrogio arasında təhsil sahəsində əməkdaşlığa dair birgə bəyanat imzalanıb.

Səfərin ilk günü nümayəndə heyəti həmçinin ADA Universitetini ziyarət edib və universitetin rektoru Hafiz Paşayevlə görüşüb. Daha sonra Dell”Ambrogio Azərbaycan-Fransız Universiteti (UFAZ) ilə tanış olub və sözügedən universitetin tələbələri üçün “İsveçrə:təhsildən innovasiyaya” adlı məruzə ilə çıxış edib.


5 il əvvəl