• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Ceyhun Bayramov Monteneqronun təhsil naziri Damir Sehoviç ilə görüşüb

Oktyabrın 25-də təhsil naziri Ceyhun Bayramov VI Bakı Beynəlxalq Humanitar Forumda iştirak etmək məqsədi ilə Bakıda səfərdə olan Monteneqronun təhsil naziri Damir Sehoviç ilə görüşüb.

Görüş zamanı Azərbaycan Respublikası ilə Monteneqro arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, hər iki ölkədə aparılan təhsil islahatları haqqında məlumat mübadiləsi edilib.


5 il əvvəl