• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub

Təhsil Nazirliyinin nümayəndə heyəti Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində işgüzar səfərdə olub. Nümayəndə heyətinin tərkibinə Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov, nazirliyin Statistika və təhlil sektorunun müdiri Elvin Nəsibov, Hesabatvermə və icraya nəzarət sektorunun müdiri vəzifəsini icra edən Yaşar Zeynalov, Akkreditasiya və Nostrifikasiya idarəsinin şöbə müdiri Turan Topalova daxildir.

Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə təşkil olunan səfərin məqsədi Türkiyənin təhsil sistemində informasiya texnologiyaları, təhsil sənədlərinin tanınması, strateji planlaşdırma, təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması, mətbuat və ictimaiyyətlə əlaqələr üzrə təcrübənin öyrənilməsi ilə bağlı fikir mübadiləsi olub.

Səfərin ilk günü Türkiyənin təhsil nazirinin müavini Mustafa Safranla görüş keçirilib. Görüşdə səfərin proqramı müzakirə olunub.

Səfər çərçivəsində Türkiyə Təhsil Nazirliyi və Ali Təhsil Şurasında bir sıra görüşlər keçirilib. Görüşlərdə Türkiyə Respublikasının təhsil sistemində tətbiq olunan elektron idarəetmə sistemləri, tədris haqqında məlumatların toplanılması və təhlili, vətəndaş müraciətlərinin qəbulu və təhsilverənlər üçün ixtisasartırma xidmətləri mövzularında təqdimatlar keçirilib, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.


5 il əvvəl