• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri “Clarivate Analytics” şirkətinin icraçı direktoru ilə görüşüb

Oktyabrın 16-da təhsil naziri Ceyhun Bayramov “Clarivate Analytics” ("Thomson Reuters") şirkətinin İnkişaf etməkdə olan bazarlar üzrə icraçı direktoru xanım Viji Krişnan ilə görüşüb.

Görüş zamanı Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” arasında 2015-ci ildən başlanılmış əməkdaşlığın mövcud vəziyyəti, bu müddət ərzində əldə olunmuş uğurlar və əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə edilib.


5 il əvvəl