• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Direktor, direktor müavini və müəllimlər üçün təlimlərin üçüncü mərhələsi

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan  (Bakı şəhərində yerləşən) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyaların direktorlarını, direktor müavinlərini, müəllimlərini əhatə edən təlimlərdə iştirak üçün müsabiqənin üçüncü mərhələsinə başlanılır.

Müsabiqənin üçüncü – müsahibə mərhələsi oktyabrın 24-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (ünvan: Bakı şəhəri Mir Cəlal küç. 71) keçiriləcək. Bu mərhələ ilə bağlı məlumatlar namizədlərə telefon vasitəsilə bildiriləcək.

Təlimlərin keçirilməsinin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumi təhsil müəssisəsi direktorlarını təkmilləşdirmək və yetişdirməkdir.

Təlim prosesində müdavimlər təhsildə keyfiyyətin idarəedilməsi, statistika və təhlil,  maliyyənin idarəolunması, idarəetmənin hüquqi əsasları, eləcə də digər mövzular üzrə bilik və bacarıqlarını artırmaq imkanı əldə edəcəklər.

Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirməyə qatılacaqlar. Yekun qiymətləndirmədə qənaətbəxş nəticə göstərmiş və hazırda direktor vəzifəsində çalışmayan şəxslər bu vəzifə üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.


5 il əvvəl