15.10.2018

Tullantılardan incəsənətə

"Plastik tullantılardan kreativ incəsənət nümunələrinin hazırlanması” üzrə müsabiqə keçirilib.

Müsabiqə iştirakçıları onlara verilmiş müəyyən vaxt ərzində plastik tullantılardan kreativ incəsənət nümunələri hazırlayaraq münsiflərə təqdim ediblər. 

Müsabiqədə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri I və III yerlərin qalibi olublar. Qaliblərə sertifikat və hədiyyələr təqdim edilib.

Müsabiqənin əsas məqsədi tullantıların azaldılması, təkrar istifadəsi vərdişlərinin aşılanması, həmçinin lazımsız hesab edilən materiallardan yararlı və faydalı əşyalar hazırlanmasının və istifadəsinin təbliğidir. 


Açar sözlər: