• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi başa çatıb

Bakı Ekspo Mərkəzində təşkil edilən 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi başa çatıb.

“Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən sərgidə son illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunub. Sərgiyə dünyanın 12 ölkəsindən 130-dan artıq iştirakçı qatılıb.

Azərbaycanın ali təhsil müəssisələrinin böyük əksəriyyətinin iştirak etdiyi sərgidə Təhsil Nazirliyi tərəfindən “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz -Təhsil TV” və digər stendlər təqdim edilib.

Sərgi çərçivəsində fəaliyyət göstərən lektoriyada ““Müəllimlik ixtisaslarına artan tələbat”, “Peşə təhsilinə artan maraq”, “İxtisas seçimi, karyera planlaması”, “Öyrətmək ustalığı”, “Təhsildə kommunikasiya vasitələrinin səmərəli istifadəsi”, ””Sağlam təhsil – sağlam millət” – layihənin əsas hədəfləri”, “Olimpiadalara hazırlıq”, “Məktəbəhazırlıq qruplarının əhatə dairəsinin genişləndirilməsi” və digər mövzularda mühazirələr oxunub, startapçılar çıxış edib, həmçinin təqdimatlar nümayiş olunub.

Sərgi zamanı müxtəlif yarışların qalibləri öz bacarıqlarını təqdim edib, milli rəqslər ifa olunub. Ziyarətçilər təhsillə bağlı onları maraqlandıran suallara cavab tapıb, ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, sərgi Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə reallaşdırılıb. ““Kapital Bank”ın baş sponsor olduğu sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənib.


5 il əvvəl