• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Dayanıqlı inkişaf üçün ekoloji təhsil”

Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (YUNİSEF) arasında “2016-2020-ci illər üçün Azərbaycan Hökuməti-YUNİSEF Əməkdaşlıq Proqramı” çərçivəsində imzalanmış “2018-2019-cu illər üçün Təhsil proqramı üzrə Dövri Fəaliyyət Planı”na müvafiq olaraq “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi həyata keçirilir. Layihə çərçivəsində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən ölkəmizin bir neçə şəhər və rayonunda fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərində ekologiya sahəsi üzrə çalışan metodist və dərnək rəhbərlərinə təlimlər keçirilib.                   

Təlimin keçirilməsində əsas məqsəd dayanıqlı inkişaf məqsədlərinə uygun olaraq, fasiləsiz ekoloji təhsilin təmin olunması, məktəblilərin ətraf mühitin mühafizəsi prosesində iştirakının artırılmasından ibarətdir.

Təlim “Müxtəlif yaş qrupları üzrə ekoloji biliklərin artırılmasında yeni metodlar”, “Dayanıqlı inkişaf məqsədləri və ekoloji maarifləndirmə”, “Məktəbdənkənar təhsilin inkişafinda praktiki bacarığın artırılması” mövzularında keçirilib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Layihənin növbəti mərhələsində Bakı şəhərində də 5 günlük təlimlərin, eyni zamanda ekoloji problemlərə ictimai diqqətin artırılması məqsədi ilə 6-9-cu sinif şagirdləri arasında keçirilmiş qısa film müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasiminin təşkili planlaşdırılır.


5 il əvvəl