• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycanlı istedadlar beynəlxalq festivalda uğur qazanıblar

Təhsil Nazirliyinin tabeliyində olan 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin istedadlı uşaqları İspaniya Krallığının Costa del Sol şəhərində keçirilən uşaq və gənclərin “Tu onda” adlı beynəlxalq festivalında iştirak ediblər.  

İncəsənətin müxtəlif növləri üzrə istedadlı uşaq və gənclərin aşkara çıxarılması, vokal, aktyor ustalığı, xoreoqrafiya sahələrində təcrübə mübadiləsinin yaradılması məqsədi ilə keçirilən festivala on beş ölkədən nümayəndələr qatılıb.

Festivalda mərkəzin 4 istedadlı üzvü vokal, milli rəqs, müasir rəqs, bal rəqsi və moda mədəniyyəti nominasiyaları üzrə çıxışlarını nümayiş etdiriblər. Azərbaycanlı istedadların hər bir çıxışı münsiflər heyətinin və zala toplaşanların böyük marağına səbəb olub. Festivalda mərkəzin gənc vokalçısı Nigar Rəhimovanın ifa etdiyi “O mio babbino caro” italyan mahnısı akademik vokal nominasiyası üzrə, “Azərbaycan ritmləri” rəqsi milli rəqs nominasiyası üzrə, Qaflan  Abbasov və Anastasiya Kşnyakinanın nümayiş etdirdiyi “Cayf” rəqsi bal rəqsləri nominasiyası üzrə I yerlərə layiq görülüb.

Müasir rəqs nominasiyası üzrə uşaqlar II yeri, “Azərbaycan” mahnısının ifasına görə Nigar Rəhimova III yeri əldə edib. Moda mədəniyyəti nominasiyası üzrə Rüfət Məmmədovun podiumdakı çıxışı alqışlarla qarşılanıb. O, İspaniyanın məşhur və tanınmış modelyerinin hazırladığı geyimdə yüksək aktyor ustalığı və professionallıq nümayiş etdirərək qalib olub. Anastasiya Kşnyakina isə vokal nominasiyası üzrə “Bakının qızları” mahnısına görə festivalın laureatı adını qazanıb.

Azərbaycanlı qaliblərin festivaldakı çıxışları münsiflər heyəti tərəfindən bəyənilib və gənc istedadlar Latviya, Litva, İsrail və Belarusda keçiriləcək festivallarda iştirak etmək üçün dəvət alıblar.


5 il əvvəl