• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsili sahəsində Sloveniya təcrübəsi öyrənilib

Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) İnkişafına Avropa İttifaqının Dəstəyi” Texniki Yardım layihəsinin 3-cü komponenti çərçivəsində Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları və dövlət peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyəti Sloveniya Respublikasında təlim səfərində olublar. 

Təlimin məqsədi Azərbaycanda səriştə əsaslı təlim proqramının inkişafına və həyata keçirilməsinə dəstək vermək üçün “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrasına əsasən, qeyri-formal və informal təhsil, yaşlıların təhsili, işəgötürənlərlə əməkdaşlıq, modul strukturlu səriştə əsaslı kurikulumların hazırlanması, iş yerində öyrənmə və digər istiqamətlərdə beynəlxalq təcrübələrin öyrənilməsi olub.

Səfər zamanı iştirakçılar Sloveniyanın Peşə Təhsili və Təlimi İnstitutu, bir sıra peşə təhsili müəssisələrində olub, işəgötürənlərlə görüşlərdə iştirak ediblər.

Peşə təhsili müəssiələrinə səfər zamanı iştirakçılar təhsil müəssisələrinin maddi- texniki bazası, tədris otaqları və emalatxanaları, nəzəri-praktiki təlim prosesinin birgə təşkili sistemi, təhsil proqramları ilə yaxından tanış olub, fikir mübadiləsi aparıblar.  


5 il əvvəl