• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Ceyhun Bayramov YUNESKO Baş katibinin təhsil məsələləri üzrə müavini ilə görüşüb

Təhsil naziri Ceyhun Bayramov Bakı şəhərinin Ümumdünya Sərgisində namizədliyinə dair “İnsan kapitalının inkişafı, daha yaxşı gələcəyin qurulması” mövzusunda simpoziumda iştirak məqsədilə Fransaya səfəri çərçivəsində oktyabrın 5-də  YUNESKO-nun Parisdəki Baş qərargahında bu qurumun Baş katibinin təhsil məsələləri üzrə müavini xanım Stefaniya Canini ilə görüşüb.

Nazir görüşdə ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində son illərdə aparılan islahatlar haqqında məlumat verib, Azərbaycanla YUNESKO arasında dinamik əlaqələrin qurulmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolunu vurğulayıb.

Görüşdə Azərbaycan ilə YUNESKO arasında təhsil sahəsində əlaqələrin inkişafı prosesi və gələcək perspektivləri müzakirə olunub.

Azərbaycan Respublikasının YUNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov görüşdə iştirak edib.


5 il əvvəl