• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsili müəssisələrinin tələbələri arasında kulinariya yarışı keçiriləcək

Cari ilin oktyabrında Dünya Kulinariya Təşkilatının 90 illiyi münasibəti ilə dövlət peşə təhsili müəssisələrində təhsil alan tələbələrin iştirakı ilə kulinariya yarışı təşkil olunacaq.

Yarışın keçirilməsində məqsəd peşə təhsili müəssisələrində kulinariya üzrə təhsil alan gənclərin peşəkarlığının artırılması və onların beynəlxalq müsabiqələrə hazırlanmasıdır. İştirakçılar milli mətbəx üzrə aşpazlıq məharətlərini və kulinariya sahəsində ən yeni istiqamətlərin tətbiqi üzrə bacarıqlarını nümayiş etdirəcəklər.

Tədbir Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Kulinariya Mərkəzi və Assosiasiyasının birgə təşkilatçılığı, “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin dəstəyi ilə keçiriləcək.

5 gün davam edəcək yarışda peşə təhsili müəssisələrinin tələbə və təlim ustalarından ibarət komandalar iştirak edəcək və qaliblər mükafatlandırılacaq.


5 il əvvəl