• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycanda ilk dəfə keçirilən festivala tələbə-könüllülər dəstək verib

27-30 sentyabr tarixlərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı keçirilib.

Şərqin dahi şair və mütəfəkkirlərindən olan İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan festivala Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının 80-dən çox tələbə-könüllüsü dəstək olub.

Sentyabrın 30-da keçirilən festivalın bağlanış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak edib. Tədbirin sonunda tələbə-könüllülər Leyla Əliyeva  və Arzu Əliyeva ilə xatirə şəkli çəkdiriblər.

Festival çərçivəsində Bakı şəhərində, eləcə də Nəsiminin doğma diyarı Şamaxıda proqramlar təşkil olunub. Tələbə-könüllülər xarici və yerli qonaqların qarşılanması, müşayiət olunması, məkanlara aparılması, tədbir proqramı barədə məlumatlandırılması, yönləndirilməsi işlərində yaxından iştirak ediblər.

Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Proqram tələbələrin karyera imkanlarını qazanmasında, dərsdən kənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 17000-dən artıq könüllü bazasına malikdir.


5 il əvvəl