• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Bir” Tələbə-Könüllü proqramının Mingəçevir və Şəkidə təqdimatı

Sentyabrın 26-da  Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının Mingəçevir Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının tələbələri üçün təqdimatları keçirilib.Təqdimatlar zamanı bildirib ki, “Bir” Proqramı tələbə-könüllülərə yeni dostlar və təcrübə qazanmağa, tələbə həyatını rəngarəng və faydalı keçirməyə, həm fərdi, həm də ictimai fəaliyyətlərinin inkişafına imkan yaradır.

Tələbələr eyni zamanda www.konullu.edu.az saytında tətbiq olunan “Onlayn sertifikat sistemi” ilə də tanış edilib.

Tədbirdə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən proqram çərçivəsində keçirilmiş təlimlər, seminarlar, komanda turları, festivallar, xeyriyyə aksiyaları barədə videoçarxlar nümayiş olunub.

"Bir" Tələbə-Könüllü Proqramı tələbələrin karyera imkanları qazanmasında, dərsdən kənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 17 000-dən artıq könüllü bazasına malikdir.


5 il əvvəl