• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə görüşüb

Sentyabrın 25-də təhsil naziri Ceyhun Bayramov Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri xanım Hande Harmancı ilə görüşüb.

Görüşdə Təhsil Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.


5 il əvvəl