• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Sahibkarlıq” modulunun təqdimatı keçirilib

Sentyabrın 25-də “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi” layihəsi çərçivəsində peşə təhsili müəssisələri üçün hazırlanmış “Sahibkarlıq” modulunun təqdimatı keçirilib.

Tədbirdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının əməkdaşları, layihənin ekspert və nümayəndələri, peşə təhsili müəssisələrinin müəllimləri iştirak ediblər.

Çıxış edənlər son illər peşə təhsilinin inkişafı istiqamətində genişmiqyaslı tədbirlərin, müxtəlif beynəlxalq layihələrin həyata keçirildiyini, peşə təhsili və təliminə dair strateji yol xəritəsində peşə təhsili sistemində təhsilalanlarda sahibkarlıq düşüncə tərzinin formalaşdırlmasının əsas prioritelərdən biri olduğunu iştirakçıların diqqətinə çatdırıblar. Bildirilib ki, “Sahibkarlıq” modulu tələbələrdə sahibkarlıq bacarıqlarının aşılanması, onlarda sahibkar düşüncə tərzinin formalaşması baxımından xüsusi əhəmiyyət daşıyacaq.

Tədbir peşə təhsili müəssisələrində “Sahibkarlıq” modulunun tətbiqinə dair təlimlə davam etdirilib. Təlimçilər modulun strukturu, illik və gündəlik dərs planının hazırlanmasına dair təqdimatla çıxış edib, müəllimləri maraqlandıran sualları cavablandırıblar.


5 il əvvəl